Türkiyə buğda idxalını dayandırır
Nərmin Qocamanlı
Türkiyə buğda idxalını müvəqqəti olaraq dayandırmaq niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi öz saytında məlumat verir .
“Buğda idxalı 21 iyun 2024-cü il tarixindən etibarən 15 oktyabr 2024-cü il tarixinədək dayandırılır. Bu həmin günə qədər inkişaf edən bazar şəraitindən asılı olaraq daha sonrakı tarixə təxirə salına bilər”, - deyə məlumatda qeyd olunub.
Departamentdən vurğulanıb ki, bu tədbir ölkəyə buğda idxalının artması səbəbindən məhsulun qiymətinin aşağı düşdüyü çətin yay mövsümündə yerli istehsalçılara dəstək olmaq məqsədi daşıyır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net