Zelenski və Hindistanın baş naziri arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modiyə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
“Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığım olub, onu seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm", - Ukrayna prezidenti bildirib.
Zelenski Modinin tezliklə hökumət qurmasını və məhsuldar iş görməsini arzulayıb.
Onun sözlərinə görə, tərəflər İsveçrədəki “sülh sammiti”nə hazırlıq məsələlərini də müzakirə ediblər. Ukrayna lideri qeyd edib ki, Kiyev Hindistanın ən yüksək səviyyədə iştirakını gözləyir. Zelenski həmçinin Modini Ukraynaya səfərə dəvət edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net