Ana səhifə / Siyasət / İspaniya Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım iddiasına qoşulacaq İspaniya Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım iddiasına qoşulacaq 06.06.2024, 12:51 Nərmin Qocamanlı İspaniya İsrailin Qəzzadakı hərəkətlərinə qarşı Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın açdığı soyqırım iddiasına qoşulacaq. "Operativ Media" xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib. Bununla da Çili və Meksikanın da qoşulduğu bu prosesə müdaxilə edən ilk Avropa ölkəsi İspaniya olacaq. Qeyd edək ki, baş nazir Pedro Sançez İsrailin 7 oktyabrdan bəri Qəzzanı bombalamasına qarşı açıq mövqe nümayiş etdirib. İspaniya, Norveç və İrlandiya ilə birlikdə keçən ay Fələstin Dövlətini rəsmən tanıyıb. Buna cavab olaraq İsrail iyunun 1-dən İordan çayının qərb sahilində fələstinlilər üçün İspaniyaya konsulluq xidmətlərini dayandırıb. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor