Ukrayna XİN Çinin sülh təşəbbüsü ilə bağlı bəyanatına cavab verib
Nərmin Qocamanlı
Ukrayna Xarici İşlər Nazirliyi Çinin xarici işlər naziri Van Yinin Çinin sülh təşəbbüsünün 20-dən çox ölkə tərəfindən dəstəkləndiyi barədə bəyanatını nəzərə alıb.
"Operativ Media xəbər verir ki, bu barədə nazirliyin saytında dərc olunub.
“ÇXR-in ali nümayəndəsinin sammitində iştirakı Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə və onun ərazi bütövlüyünün bərpasına əməli töhfə vermək üçün yaxşı fürsət ola bilər”, - bəyanatda deyilib.
Ukrayna XİN qeyd edib ki, Pekinin tədbirdə iştirakı Vladimir Putin və Si Cinpin arasında müntəzəm görüşlər fonunda “ÇXR-in balanslaşdırılmış mövqeyinin mühüm siqnalı” olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net