Bayden: Çin ABŞ prezident seçkilərinə müdaxilə edir
Nərmin Qocamanlı
Çin ABŞ-dəki prezident seçkilərinə müdaxilə edir.
"Operativ Media" xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden deyib.
O, müdaxilənin baş verdiyinə dair sübutların olduğunu bildirib. Eyni zamanda, dövlət başçısı bunun “kəşfiyyat nöqteyi-nəzəri” olduğunu bildirərək təfərrüatları açıqlamayıb.
“Düşünürəm ki, Çin müdaxilə etməkdə maraqlıdır. Bütün pis adamlar ABŞ-nin keçmiş prezidenti Donald Trampı dəstəkləyir”, - Bayden vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma