Menyu

Harris və Sullivan Ukrayna ilə bağlı keçiriləcək "sülh sammitində" ABŞ-ni təmsil edəcəklər

Harris və Sullivan Ukrayna ilə bağlı keçiriləcək "sülh sammitində" ABŞ-ni təmsil edəcəklər

ABŞ-nin vitse-prezidenti Kamala Harris və Ağ Evin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iyunun 15-16-da Ukraynaya dair beynəlxalq konfransda iştirak edəcəklər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Vitse-prezident Kamala Harris, Ukraynada sülhə dair sammitdə iştirak etmək üçün iyunun 15-də İsveçrənin Lüzern şəhərinə gedəcək. Milli Təhlükəsizlik üzrə köməkçi Ceyk Sullivan və vitse-prezident ABŞ-ni təmsil edəcək", - məlumatda qeyd edilir.

Ağ Evin verdiyi məlumata görə, Harris konfransda Vaşinqton administrasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyü və BMT Nizamnaməsinin prinsipləri əsasında ədalətli və davamlı sülhün bərqərar edilməsi üzrə səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər