Estoniya və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq
Nərmin Qocamanlı
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna yaxın vaxtlarda təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanacağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, nazir bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə birgə mətbuat konfransında deyib.
O, həmçinin bəyan edib ki, regionda təhlükələrin artması səbəbindən Ukrayna NATO-ya üzv olmalıdır. Tsahkna hesab edir ki, Rusiya bütün Avropa üçün təhlükə yaradır və Ukraynanın təcrübəsi Şimali Atlantika Alyansı üçün lazımdır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma