Yaponiyada iki F-35A qırıcısı təcili eniş edib
Nərmin Qocamanlı
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus iki F-35A təyyarəsi Aomori prefekturasının hava limanına məcburi eniş edib.
"Operativ Media" xəbər verir ki, TBS telekanalının məlumatına görə, ilk qırıcı yerli vaxtla 08.46-da yerə enib. İkinci təyyarə isə 10 dəqiqə sonra həmin hava limanına enib.
Yaponiya Özünümüdafiə Qüvvələri qırıcılarının təcili enişinin səbəbi hələlik aydınlaşdırılmayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net