Menyu

Tramp Kennedinin qətli və 11 sentyabrla bağlı sənədlərin məxfiliyini ləğv edə bilər

Tramp Kennedinin qətli və 11 sentyabrla bağlı sənədlərin məxfiliyini ləğv edə bilər

"Yenidən ən yüksək dövlət vəzifəsinə seçilərsəm, 1963-cü ildə ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli, 2001-ci il 11 Sentyabr terror aktları ilə bağlı materialları da məxfilikdən çıxarmağa hazıram".

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib. 

Jurnalist "Fox News"a müsahibəsi zamanı Amerika ictimaiyyətinin MKİ və FTB kimi qurumlara inamını bərpa etmək məqsədilə Trampın qeyd olunan işlərlə bağlı sənədlərin təsnifatını gizlilikdən çıxarmağa hazır olub-olmadığını soruşub. Ağ Evin keçmiş rəhbəri hər iki işə müsbət cavab verib.

Bundan əlavə, Tramp qeyd edib ki, o, Amerika administrasiyasının başında olarkən Kennedinin qətli ilə bağlı bir çox materialı məxfilikdən çıxarıb.

Tramp həmçinin yenidən seçiləcəyi təqdirdə ABŞ-nin baş prokuroru kimi görmək istədiyi bir neçə adın olduğunu deyib və ən yüksək dövlət idarəsində işlədiyi müddətdə baş prokuror vəzifəsinə namizədlərlə bağlı səhv qərarlar verdiyini etiraf edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər