İraq və Suriyanın şimalında 16 terrorçu zərərsizləşdirilib
İraqın şimalındakı Hakurk və Metina bölgələrində müəyyən edilən 14 PKK terrorçusu, Suriyanın şimalında "Fırat Kalkanı" bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi yazılı açıqlamada qeyd edilib:
"Hesablanıla bilinməyən, qeyri-adi, sürətli və davamlı. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və Metina bölgələrində müəyyən edilən 14 PKK terrorçusunu, Suriyanın şimalındakı "Fırat Kalkanı" bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorla mübarizədə əməliyyatlar davam edəcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net