Menyu

Hizbullah lideri: Livanın cənubundakı müharibə siyasi məqsədi deyil

Hizbullah lideri: Livanın cənubundakı müharibə siyasi məqsədi deyil

Hizbullah partiyası Livanda prezidentin seçilməsi ilə bağlı daxili siyasi böhrana xarici dövlətlərin müdaxiləsini pisləyir.

"Operativ Media" xəbər verir ki, bunu partiya lideri Şeyx Həsən Nəsrullah "Əl Manar" telekanalı ilə yayımlanan televiziya müraciətində deyib.

"Biz prezident seçkilərinin keçirilməsində maraqlıyıq və dialoqun gərgin vəziyyətdən çıxmağın yeganə yolu olduğuna inanırıq. Qəzzada fələstinlilərə dəstək üçün Livanın cənubunda müqavimət döyüşçülərinin apardığı döyüşün prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda siyasi məqsədlər üçün istifadə edilmir", - Nəsrullah deyib.

O, ölkənin cənubunda hərbi əməliyyatların vəziyyəti çətinləşdirməyəcəyini və dövlət başçısı seçkisinin daxili fikir ayrılıqlarına görə təxirə salındığını əsaslandırıb.

O qeyd edib ki, ABŞ və Fransa illüziyalar içində olan bəzi siyasi qüvvələrə təzyiq göstərməyə çalışırlar. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər