Menyu

ABŞ Çini Tayvan ətrafında sabitliyi pozmaqda ittiham edib

ABŞ Çini Tayvan ətrafında sabitliyi pozmaqda ittiham edib

ABŞ administrasiyası Çinin Tayvan ətrafında sabitliyi pozan hərəkətlər etdiyini iddia edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentindən yazılı açıqlama verilib. 

Qeyd edilib ki, Vaşinqtonun Tayvan ətrafındakı vəziyyətlə bağlı narahatlığı Pekinin diqqətinə çatdırılıb. Bu, mayın 30-da Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxu və dövlət katibinin birinci müavini Kurt Kempbellin Vaşinqtonda keçirdiyi görüş zamanı baş verib.

"Dövlət katibinin müavini Birləşmiş Ştatların ÇXR-in Tayvan ətrafında və Tayvan boğazında sabitliyi pozan hərəkətləri ilə bağlı ciddi narahatlığını vurğulayıb. Bu, onilliklər ərzində regional sülh və sabitliyi qoruyub saxlayan status-kvonu pozur. Avropanın təhlükəsizliyinə xələl gətirən Çin tərəfdən Rusiyanın hərbi-sənaye kompleksinə dəstək, o cümlədən Şərqi Çin və Cənubi Çin dənizlərində, eyni zamanda İkinci Tomas Şol bölgəsində ÇXR-in sabitliyi pozan hərəkətləri narahat edicidir", - sənəddə deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər