Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26-ya çatıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
"Operativ Media" xəbər verir verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Hazırda 26 nəfər polis bölmələrinə aparılıb", - mətbuat xidmətinin nümayəndəsi bildirib.
Aksiya iştirakçıları Xarici İşlər Nazirliyindən Türkiyə və Azərbaycan rəhbərliyinin anti-erməni bəyanatları ilə bağlı mövqeyini bildirməyi tələb ediblər .
***
16:34
Ermənistan Xarici İşlər Nazirliyində keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 16 nəfəri saxlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma