ABŞ və Ukrayna G7 sammiti çərçivəsində təhlükəsizlik paktı imzalamağa hazırlaşır
ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Financial Times (FT)" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Amerika prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski iyunda İtaliyada keçiriləcək "Yeddilik" (G7) sammiti çərçivəsində razılıq əldə edə bilərlər.
Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə artıq bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net