Quterreş: Rəisi çətin vaxtlarda İrana rəhbərlik edib
Təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi həm ölkə, həm də bütövlükdə dünya üçün çətin bir zamanda ölkəyə rəhbərlik edib.
"Operativ Media" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında Rəisinin xatirəsinə həsr olunmuş tədbirdə deyib.
"Prezident Rəisi ölkə, region və bütövlükdə dünya üçün çətin bir zamanda İrana rəhbərlik edib. Bu çətin dövrlərdə beynəlxalq və regional əməkdaşlıq hər zamankindən daha vacibdir", - deyə Quterreş qeyd edib.
Dünya təşkilatının rəhbəri bir daha İran hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net