Bakının üç rayonunda qaz təchizatında fasilə yaranacaq
Nərmin Qocamanlı
Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, görüləcək təmir işləri ilə əlaqədar mayın 30-da saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Hövsan Bağlar yaşayış massivinin və Hövsan kəndinin, Nərimanov rayonu üzrə A. Nemətulla, F.X.Xoyski və Ə.Rəcəbli küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsinin, Almaz İldırım, Sabir, Dənizkənarı, Şimal DRES və Mayak Bağları yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Bak\u0131n\u0131n \u00fc\u00e7 rayonunda qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"