Menyu

Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər tutulub

Nərmin Qocamanlı
Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər tutulub

Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

Məlumata görə, müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Teqlər:

"Sabirabadda narkotik vasit\u0259l\u0259rin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n \u015f\u0259xsl\u0259r tutulub"

Əlaqəli Xəbərlər