Menyu

Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Əziz Əzizli
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakini 38 yaşlı Qurban Həsənov saxlanılıb.

Onun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərtkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə altı dəfə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir

Teqlər:

"Balak\u0259nd\u0259 me\u015f\u0259d\u0259 \u00e7\u0259t\u0259n\u0259 kolu yeti\u015fdir\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər