Menyu

Avtomobildən 4 min manatlıq lotoreya bilətləri oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Avtomobildən 4 min manatlıq lotoreya bilətləri oğurlayan şəxs saxlanılıb

 

Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb. 

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"Avtomobild\u0259n 4 min manatl\u0131q lotoreya bil\u0259tl\u0259ri o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər