Hacıqabulda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həps edilib
Nərmin Qocamanlı
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub.
E.Abdullayev barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Hacıqabulda polis əməkdaşları may ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən ümumilikdə 5 sürücünü müəyyən ediblər.
Teqlər:
"Hac\u0131qabulda narkotikin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc h\u0259ps edilib"