Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
"Operativ Media" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Akif Mustafa oğlu Bağırov 2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Bundan əlavə, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib.