Menyu

Abşeron Milli Parkında velomarafon təşkil olunub, TƏBİB əməkdaşları qoşulub

Nərmin Qocamanlı
Abşeron Milli Parkında velomarafon təşkil olunub, TƏBİB əməkdaşları qoşulub

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə baş tutan veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 km məsafə qət ediblər.

Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.

Teqlər:

"Ab\u015feron Milli Park\u0131nda velomarafon t\u0259\u015fkil olunub T\u018fB\u0130B \u0259m\u0259kda\u015flar\u0131 qo\u015fulub"

Fotogalereya

Əlaqəli Xəbərlər