Menyu

Nazir: "Dünya universitetlərinin reytinqləri ilə bağlı dəyişikliklər var"

Nərmin Qocamanlı
Nazir: "Dünya universitetlərinin reytinqləri ilə bağlı dəyişikliklər var"

"Vacib qlobal trendlərdən biri də dünyada universitet reytinqlərilə bağlı baş verən dəyişikliklərdir".

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda bildirib.

"Çünki ənənəvi olaraq universitet reytinqləri əvvəllər çox az sayda limitlərdən ibarət idi. Şərti olaraq universitetin həcmi, orada oxuyan tələbələrin sayı, həmin universitetin tədqiqat nəticələri, müəllim-tələbə nisbəti əsas götürülürdü. Son illərdə məhz ətraf mühitlə bağlı dayanıqlı inkişafın bir hissəsi olaraq göstəricilərdə ayrı-ayrı reytinq sistemində öz əksini tapmağa başlayıb. Bu da universitetlər üçün yenilikdir. Bu ali təhsil müəssisələrindən tələb edir ki, daha çox daxili idarəetmədə dayanıqlı inkişaf siyasətləri, eyni zamanda tədqiqatların aparılmasında bu reytinq nəzərə alınsın", - nazir vurğulayıb.

Teqlər:

"Nazir: \"D\u00fcnya universitetl\u0259rinin reytinql\u0259ri il\u0259 ba\u011fl\u0131 d\u0259yi\u015fiklikl\u0259r var\""

Əlaqəli Xəbərlər