Menyu

Bakıda tozun konsentrasiyası normadan 1,7 dəfə artıq olub

Bakıda tozun konsentrasiyası normadan 1,7 dəfə artıq olub

Hazırda Baikı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.

"Operativ Media"nın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

Teqlər:

"Bak\u0131da tozun konsentrasiyas\u0131 normadan 1 7 d\u0259f\u0259 art\u0131q olub"

Əlaqəli Xəbərlər