Menyu

Serbiyada ammonyak daşıyan qatarın qəzaya düşməsi nəticəsində 50 nəfər zəhərlənib, 1 nəfər ölüb

Nərmin Qocamanlı
Serbiyada ammonyak daşıyan qatarın qəzaya düşməsi nəticəsində 50 nəfər zəhərlənib, 1 nəfər ölüb

Serbiyanın cənub-şərqində ammonyak daşıyan yük qatarının relsdən çıxması nəticəsində baş verən sızma nəticəsində 50 nəfər zəhərlənib, 1 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, Serbiyanın cənub-şərqindəki Pirot şəhərində Niş-Dimitrovqrad dəmir yolu xəttində ammonyak daşıyan yük qatarı relsdən çıxıb .

Aşan vaqonda sızma səbəbindən 51 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Serbiya dövlət televiziyası xəstəxanaya yerləşdirilən bir nəfərin öldüyünü açıqlayıb.

Dünən baş verən qəzadan sonra səlahiyyətlilər bölgə əhalisinə evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Sızma səbəbindən Bolqarıstana gedən beynəlxalq magistralda görmə məsafəsinin azalması çoxsaylı qəzalara səbəb olub. Milad bayramı ilə əlaqədar nəqliyyatın sıx olduğu yolda polislər nəqliyyat vasitələrini alternativ yollara yönəldib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər