Kobaxidze Gürcüstanın vahidliyindən danışıb
Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz tərkibinə qaytarmaq və 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaşlarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır", - Kobaxidze "X"də yazıb.
Baş nazir mesajında həm ölkə daxilində, həm də xaricdə yaşayan Gürcüstan vətəndaşlarını Müstəqillik Günü münasibətilə də təbrik edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net