Menyu

Rusiyanın Xarkovda mağazanı vurması nəticəsində ölənlərin sayı 11 olub

Rusiyanın Xarkovda mağazanı vurması nəticəsində ölənlərin sayı 11 olub

Rusiyanın Ukraynanın Xarkov şəhərində tikinti materialları satan mağazaya hücumu nəticəsində ölənlərin sayı 11-ə, yaralıların sayı isə 40-a yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov sosial şəbəkədəki hesabında qeyd edib.

O bildirib ki, ötən gün Rusiya ordusunun Xarkov şəhərində tikinti materialları satan mağazaya hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Hücum nəticəsində 11 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını deyən Sinequbov xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyətinin ağır, bir nəfərin isə həyati təhlükəsinin davam etdiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, dünən Rusiya Xarkov şəhərində tikinti materialları satan mağazanı idarə olunan hava bombaları ilə vurub, hücumda 4 nəfərin öldüyü, 38 nəfərin yaralandığı, 16 nəfərdən xəbər alınmadığı açıqlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər