Menyu

Şəmkirdə ərzaq satışı mağazasında nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
Şəmkirdə ərzaq satışı mağazasında nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəmkir rayonunun Dəllər Cəyir kəndində fəaliyyət göstərən ərzaq satışı mağazasında yoxlama aparıblar.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşdirilib.

Mağazada mal qonşuluğu prinsipinə riayət edilmədiyi, satışı həyata keçirilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin mövcud olmadığı və dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub. Həmçinin mağazada etiketlənmə tələbləri pozulub və yararlılıq müddəti ötmüş məhsullar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb. Eyni zamanda istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Teqlər:

"\u015e\u0259mkird\u0259 \u0259rzaq sat\u0131\u015f\u0131 ma\u011fazas\u0131nda n\u00f6qsanlar a\u015fkarlan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər