İran XİN: "Moskva və Tehran ikitərəfli və regional əməkdaşlığı inkişaf etdirəcək"
Nərmin Qocamanlı
İranın Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdollahyanın olduğu helikopterin qəzaya uğraması faciəsindən sonra Tehran Rusiyaya qarşı siyasi istiqamətini dəyişmək niyyətində deyil.
"Operativ Media" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.
“Rusiya ilə İran arasında münasibətlər sabitdir, onlar müəyyən beynəlxalq şəraitdə iki dövlətin maraqlarına əsaslanıb. Moskva və Tehran ikitərəfli və regional əməkdaşlığı, xüsusən də ticari və iqtisadi baxımdan inkişaf etdirməkdə davam edir", - deyə Kənani vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma