Ana səhifə / Cəmiyyət / Bakıda dərmandan zəhərlənmə faktı qeydə alınıb Bakıda dərmandan zəhərlənmə faktı qeydə alınıb 25.12.2022, 10:47 Bakının Suraxanı rayonunda 33 yaşlı kişi dərmandan zəhərlənib. "Operativ Media" xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Rövşən Əlihüseynov çoxsaylı dərman həbləri içərək zəhərlənib. O, 1 saylı Kliniki Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır. İlkin ehtimala görə, 33 yaşlı kişi intihara cəhd edib.