Menyu

Ərzaq məhsullarına dair tələbatlar “tedaruk.az” portalına yerləşdiriləcək

Nərmin Qocamanlı
Ərzaq məhsullarına dair tələbatlar “tedaruk.az” portalına yerləşdiriləcək

Ərzaq məhsullarını (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alan dövlət müəssisə və təşkilatlarının növbəti il üzrə tələbatları “tedaruk.az” elektron portalına yerləşdiriləcək.

"Operativ Media" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları (məhsulun adı, növü, miqdarı, çatdırılma ünvanı, dövriliyi və tezliyi və s.) iyun ayının 1-dən iyul ayının 1-dək portala yerləşdirməlidirlər.

Portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.

Teqlər:

"\u018frzaq m\u0259hsullar\u0131na dair t\u0259l\u0259batlar \u201ctedaruk.az\u201d portal\u0131na yerl\u0259\u015fdiril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər