Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb
Nərmin Qocamanlı
Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Kənan Orucov saxlanılıb.
Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Teqlər:
"Bak\u0131da 2600 manat d\u0259y\u0259rind\u0259 antik samovar o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"