Menyu

NİİM: Daha bir yolayrıcında sıxlıq azaldılıb

Nərmin Qocamanlı
NİİM: Daha bir yolayrıcında sıxlıq azaldılıb

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində, Hüseyn Cavid prospekti ilə kəsişmədə əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında gözləməli olurdular. Bu da yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına səbəb olurdu.

"Operativ Media" xəbər verir ki, problemi aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ərazidə təhlillər aparıblar.

Həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib. Bununla da sol zolaqda olan nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düzünə gedə biləcəklər.

Teqlər:

"N\u0130\u0130M: Daha bir yolayr\u0131c\u0131nda s\u0131xl\u0131q azald\u0131l\u0131b"

Əlaqəli Xəbərlər