Menyu

AQTA: Gürcüstandan Azərbaycana gətirilən 5 tondan artıq toyuq əti yararsız çıxıb

Nərmin Qocamanlı
AQTA: Gürcüstandan Azərbaycana gətirilən 5 tondan artıq toyuq əti yararsız çıxıb

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, Agentlik əməkdaşları "Halal Food" MMC-nin Gürcüstandan idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Teqlər:

"AQTA: G\u00fcrc\u00fcstandan Az\u0259rbaycana g\u0259tiril\u0259n 5 tondan art\u0131q toyuq \u0259ti yarars\u0131z \u00e7\u0131x\u0131b"

Əlaqəli Xəbərlər