Ötən sutka 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib
Nərmin Qocamanlı
Ötən sutka ərzində 22 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Teqlər:
"\u00d6t\u0259n sutka 4-\u00fc azya\u015fl\u0131 olmaqla 9 n\u0259f\u0259r xilas edilib"