Menyu

Polis Ağcabədidə əməliyyatlar keçirib

Nərmin Qocamanlı
Polis Ağcabədidə əməliyyatlar keçirib

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.

Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"Polis A\u011fcab\u0259did\u0259 \u0259m\u0259liyyatlar ke\u00e7irib"

Əlaqəli Xəbərlər