Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib
May ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Teqlər:
"Yevlaxda \u0259r arvad\u0131n\u0131 \u00f6ld\u00fcr\u00fcb sonra \u00f6z\u00fcn\u0259 x\u0259sar\u0259t yetirib"