Menyu

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub

Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.

"Operativ Media" xəbər verir ki, bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.

O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub. 

Teqlər:

"AZAL-da yeni t\u0259yinat olub"

Əlaqəli Xəbərlər