MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb
Nərmin Qocamanlı
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak etmək üçün 37 min 155 nəfər qeydiyyatdan keçib.
Bu barədə "Operativ Media"ya Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər müsabiqənin elektron sənəd qəbulu mərhələsində mayın 22-si saat 11:00-dək www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.