Menyu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Nərmin Qocamanlı
Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da qad\u0131n \u0259ri v\u0259 o\u011flu t\u0259r\u0259find\u0259n d\u00f6y\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər