Ana səhifə / Ölkə / Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb 16.05.2024, 08:25 Əziz Əzizli Bakının bir sıra yollarında tıxac müşahidə olunur. "Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur. Teqlər: "Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"