Menyu

Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

Əziz Əzizli
Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib

***

01:03

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir

***

23:52

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. 

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, ərazidə təhlükəsizlik tədbirləri görülür.

***

23:42

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb.

"Operativ Media" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Teqlər:

"G\u00fcl ma\u011fazas\u0131nda ba\u015f ver\u0259n yan\u011f\u0131n tam s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B - 4"

Əlaqəli Xəbərlər