Menyu

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEO

Nərmin Qocamanlı
Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Sumqayıt şəhərinin Yaşma bağları ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Teqlər:

"Sumqay\u0131tda qanunsuz tikili s\u00f6k\u00fcl\u00fcb - V\u0130DEO"

Əlaqəli Xəbərlər