Buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv olunub
Nərmin Qocamanlı
10 martda keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
Dövlət İmtahan Məırkəzindən "Operativ Media"ya verilən xəbərə görə, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.