Menyu

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək

19 aprel 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Operativ Media" xəbər verir ki, qəbul saat 10:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Teqlər:

"\u0130qtisadiyyat nazirinin m\u00fcavini Nax\u00e7\u0131vanda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər