Aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.