Menyu

Mobil operatorlardan birinin stansiyasından oğurluq edənlər saxlanılıblar

Nərmin Qocamanlı
Mobil operatorlardan birinin stansiyasından oğurluq edənlər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Teqlər:

"Mobil operatorlardan birinin stansiyas\u0131ndan o\u011furluq ed\u0259nl\u0259r saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər