Heydər Əliyev prospektində təmir işləri səbəbindən sıxlıq yaranıb
Nərmin Qocamanlı
Nərimanov rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzinin qarşısında və Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən də hər iki prospektdə, mərkəz və metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.