Menyu

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

Nərmin Qocamanlı
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Teqlər:

"H\u0259rbi pilotlar t\u0259lim-m\u0259\u015fq u\u00e7u\u015flar\u0131n\u0131 icra edibl\u0259r - V\u0130DEO"

Əlaqəli Xəbərlər