Menyu

Ancelina Coli BMT-dəki vəzifəsindən gedib

Ancelina Coli BMT-dəki vəzifəsindən gedib

İyirmi ildir BMT-də işləyən amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Onun sözlərinə görə, Coli BMT QAK-ın humanitar və insan hüquqları məsələlərinə keçid edir.

“Biz ona bu illər ərzində göstərdiyi xidmətə, fədakarlığına, qaçqın və məcbur köçkünlərə üçün gördüyü işlərə görə minnətdarıq. BMT QAK ilə uzun və uğurlu əməkdaşlıqdan sonra onun missiyasını dəyişmək və qərarını dəstəkləmək istəyini yüksək qiymətləndirirəm”, - deyə Filippo Qrandi qeyd edib.

Coli 2001-ci ildən BMT QAK-da işləyir və 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib.

Aktrisanın Yəmən və Burkina Faso da daxil olmaqla 60-dan çox səhra missiyası həyata keçirdiyi qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər